Qrizman rekorda yaxınlaşır

Qrizman rekorda yaxınlaşır

Fransa millisinin məğlubiyyətsizlik seriyası 9-a çatıb.

Sport7.az xəbər verir ki, AVRO-2020-nin II turunun Macarıstanla oyununda 1:1 hesablı heç-heçə edən Didye Deşamın yetirmələri  son 7 ayda 7 qələbə qazanıb və 2 heç-heçə edib.

Fransalılar sonuncu dəfə ötən il noyabrın 11-də Finlandiya ilə yoldaşlıq görüşündə məğlub olub – 0:2. Komandasını məğlubiyyətdən xilas edən Antuan Qrizmann yığmanın rekordunun bir addımlığına çatıb.

O, final mərhələlərində 9-cu matçda qol vurub. O, Avropa çempionatlarının 7, dünya çempionatlarının 2 qarşılaşmasında fərqlənib.

Yalnız Tyerri Anri və Mişel Platini daha çox – hərəyə 10 oyunda qol vurub. Antuanı bu rekorddan bir matç ayırır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR