Ramosdan sonra onun üçün də mövsüm bitdi

Ramosdan sonra onun üçün də mövsüm bitdi

"Real”ın futbolçusu Ferland Mendi üçün mövsüm başa çatıb.

Sport7.az xəbər verir ki, buna səbəb onun zədəli olmasıdır. "Kral klubu” rəsmi saytı vasitəsilə sol cinah müdafiəçisinin bir müddət komandadan uzaq düşəcəyini bəyan edib. 26 yaşlı oyunçunun nə zaman yaşıl meydanlara qayıdacağı açıqlanmasa da, İspaniya mətbuatı onun mövsümün son turlarında komandasına kömək edə bilməyəcəyini yazıb.

"Real”ın digər zədəli müdafiəçisi olan kapitan Serxio Ramosun da mövsümü tamamladığı bildirilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR