"Real" yeni geyim dəstlərini nümayiş etdirdi - FOTOLAR

"Real" 2021/2022 mövsümü üçün əsas formasını təqdim edib.

Sport7.az xəbər verir ki, bu haqda Madrid təmsilçisinin rəsmi saytında məlumat yer alıb. Formada ənənəvi olaraq ağ rəngə üstünlük verilib. Bununla yanaşı, dəstdə mavi və narıncı rənglər də var. Formalar "Adidas" tərəfindən hazırlanıb.
 
Bunlarla yanaşı komandanın səfər və 3-cü formalarının, o cümlədən digər geyim dəstlərinin də fotolarını ictimaiyyətin diqqətinə çatdırıb.

"Real" 2020/2021 mövsümünü titulsuz başa vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR