"Real"dan Çempionlar Liqasında yeni rekord

Çempionlar Liqasının 1/4 final mərhələsində "Liverpul"u mübarizədən kənarlaşdıran "Real" tarixində 14-cü dəfə turnirin yarımfinalına yüksəlib.

Sport7.az xəbər verir ki, "Kral klubu" bununla yarış tarixində özünə məxsus rekordu yeniləyib. İspaniya "Barselona"sı və Almaniya "Bavariya"sı kimi ən yaxın təqibçilər Çempionlar Liqasının yarımfinalında 12 dəfə oynayıblar.

"Real" "Liverpul"u 1/4 final mərhələsinin ilk görüşündə 3:1 hesabı ilə yenib. Cavab görüşü isə qolsuz heç-heçə ilə yekunlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR