"Real"ın stadionu yandı - VİDEO

"Real"ın stadionu "Santyaqo Bernabeu"da yanğın baş verib.
 
Sport7.az xəbər verir ki, təmirə bağlanan stadiondan ötən gün qara duman yüksəldiyi görülüb. Təmir zamanı çıxan yanğına stadionun işçiləri müdaxilə edib. İlk müdaxilədən sonra yanğınsöndürənlər də özlərini stadiona çatdırıb. 
 
Çıxan yanğının stadiona nə qədər zərər vurduğu haqda ətraflı məlumat verilməyib.
 
"Santyaqo Bernabeu" təmirə bağlandığı üçün "Real" ev oyunlarını "Alfredo Di Stefano" stadionunda keçirir.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR