"Real"ın yeni baş məşqçisi

İspaniyanın "Real” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, Madrid təmsilçisini bundan sonra Karlo Ançelotti çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün öncə Zinədin Zidanla yollarını ayıran "kral klubu”, fransız mütəxəssisi italyan məşqçi ilə əvəz edib. Zidan kimi, Ançelotti də ikinci dəfədir "Real”a baş məşqçi təyin olunub. 61 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Karlo, 2013/14 və 2014/15 mövsümlərində də "Real”ı çalışdırıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR