"Real"la Benzema razılığa gəldi

"Real" Kərim Benzemanın müqaviləsini yeniləməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu ilə razılıq əldə edib. Benzema ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılacaq. 2009-cu ildən "Real"da çıxış edən fransalı futbolçunun hazırkı sözləşməsi 2022-ci ilin yayına qədərdir.

Benzema bu mövsüm "kral klubu” ilə 26 oyunda 19 qol vurub, 6 məhsuldar ötürmə edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR