Rəşad Sadıqova 2, köməkçisinə 10 oyunluq cəza,

Rəşad Sadıqova 2, köməkçisinə 10 oyunluq cəza, "Zirə"yə 18 min manatlıq cərimə

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 
 
Sport7.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub. 

29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Zirə”  – "Keşlə” oyununda "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Zirə”  – "Keşlə” oyununda matçın 88-ci dəqiqəsində "Zirə” klubunun 12 nömrəli futbolçusu Lazar Corceviç "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır 3200 manat cərimə olunur. (maddə 37.3)
 
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Zirə”  – "Keşlə” oyununda "Zirə” klubunun 2 nömrəli futbolçusu Sərtan Taşkın qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
 
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Zirə”  – "Keşlə” oyununda "Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına görə 2 oyun cəzalanır klub 1600 manat cərimə olunur. (maddə 61.1, maddə 75)
 
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Zirə”  – "Keşlə” oyununda "Zirə” klubunun məşqçisi Eltun Yaqublu texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanır klub 8000 manat cərimə olunur. (maddə 43.2 , maddə 61.1, maddə 75)
 
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Zirə”  – "Keşlə” oyununda stadiona qanunsuz daxil olanlara görə meydan sahibi klub 800 manat cərimə olunur. (maddə 92)
 
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Zirə”  – "Keşlə” oyununda matçdan sonra köməkçi hakimə (Pərvin Talıbova) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur. (maddə 49.1)
 
29.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Zirə”  – "Keşlə” oyununda "Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
25.04.2021-ci ildə Premyer Liqanın XXIV turunun "Sabah” – "Neftçi” oyununda "Sabah” klubunun rəsmi şəxsi Miloş Jevtic təhqiredici hərəkətə görə qırımızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır klub 4000 manat cərimələnir. (maddə 41.4) (araşdırma bitmişdir)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR