Rəşad Sadıqovdan Mahir Emreliyə dəstək

Rəşad Sadıqovdan Mahir Emreliyə dəstək

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Polşanın "Legiya" klubu ilə müqavilə imzalayan Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə dəstək olub.

Sport7.az xəbər verir ki, 39 yaşlı mütəxəssis bu barədə şəxsi instaqram hesabından paylaşım edib. "Qarabağ"ın keçmiş kapitanı 24 yaşlı hücumçu ilə fotosunu da paylaşıb: "Mahir, yolun açıq olsun. Əminəm ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəksən".

Emreli isə Sadıqovun paylaşımına belə reaksiya verib: "Kapitan, buralara gəlib çıxmağımda ən önəmli rolu olanlardan biri sənsən. Hər şeyə görə çox sağ ol".

Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb. Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR