"Rəsmi oyunlarda özümü tamam fərqli hiss edirəm" - Mahir Emreli

Millimizin hücumçusu Mahir Emreli "Bode-Qlimt" - "Legiya" matçından sonra Varşava təmsilçisinin rəsmi tvitter səhifəsinə açıqlama verib.
 
Sport7.az xəbər verir ki, "Legiya"nın heyətində meydana çıxdığı ilk rəsmi matçda dubla imza atan futbolçumuz bunları söyləyib: "Bizi Varşavada dəstəkləyən azarkeşlərə minnətdaram. Xüsusilə bu yağışlı havada Norveçə gələn fanatlarımıza təşəkkür edirəm. Buraya gəldiyiniz, bizi dəstəklədiyiniz üçün çox sağ olun. Yoxlama matçlarında qollar vurmuşdum, amma rəsmi oyunlarda özümü tamam fərqli hiss edirəm. Şadam ki, bunu azarkeşlərimizin gözü qarşısında edə bildim. Artıq bu oyunu unutmalı və öz meydanımızdakı cavab görüşünə hazır olmalıyıq. Ümid edirəm ki, Varşavada daha baxımlı oyun göstərəcəyik".

Emreli matçın nəticəsi ilə bağlı suala belə cavab verib: "Açığı, bu barədə danışmaq çətindir. Hər iki komandanın qol şansları oldu. Rəqib evdə oynadığından topa daha çox nəzarət edirdi. Cavab oyununda atmosfer və şərtlər tamam fərqli olacaq. İkinci görüşün ağır keçəcəyini nəzərə alsaq, həmin qarşılaşmaya daha yaxşı hazırlaşmalı və meydanda bütün gücümüzü ortaya qoymalıyıq".

Emreli "Bode-Qlimt"lə matçın 41 və 61-ci dəqiqələrində fərqlənib. Onun komandası meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR