Ronaldo bu dəfə anti-rekorda doğru

Ronaldo bu dəfə anti-rekorda doğru

Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu AVRO-2020-nin 1/8 finalında Belçikaya 0:1 hesabı ilə uduzduqları görüşdən sonra kapitan sarğısını qazona atıb.

Sport7.az xəbər verir ki, 36 yaşlı hücumçunun yığmanın heyətində qol sayı üzrə dünya rekorduna imza atması üçün bir qolu çatmayıb. Ronaldu milli komanda forması ilə indiyədək 109 qol vurub.

Qeyd edək ki, 1/8 final matçında yeganə qolu uzaqdan zərbə ilə Torqan Azar vurub.

Kriştianu Ronaldu daha əvvəl Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyununda kapitan sarğısını yerə tullayıb.

Martda keçirilmiş qarşılaşmada 36 yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb. Onun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli "davam" qərarı verib.
 
Görünən odu ki, rekordları alt-üst edən futbolçu indi də kapitan sarğısını yerə atmaq üzrə rekord müəyyənləşdirmək istəyir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR