Ronaldo mütləq rekordçudu

Ronaldo mütləq rekordçudu

Avropa çempionatları tarixinin ən çox final turnirində qol vuran futbolçuları açıqlanıb.

Sport7.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ən azı üç final mərhələsində qol vuranları müəyyənləşdirib. Mütləq rekord Kriştiano Ronaldoya məxsusdur. Portuqaliyalı 4 müxtəlif turnirdə rəqib qapısına yol tapıb. O, qarşıdakı AVRO-2020-də bu rəqəmi 5-ə çatdıra bilər.

Yeddi futbolçu üç final mərhələsində fərqlənib. Onlar arasında yer alan Zlatan İbrahimoviç də AVRO-2020-də göstəricisini yaxşılaşdırmaq imkanına malikdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR