Ronaldo rekorda yaxınlaşır - yığmadakı qolların sayına görə

Ronaldo rekorda yaxınlaşır - yığmadakı qolların sayına görə

Portuqaliyanın yığmasının superulduzu Kristiano Ronaldo İsrail millisinə qarşı yoldaşlıq matçının gedişində fərqlənib.

Sport7.az xəbər verir ki, 35 yaşlı hücumçu Brunu Fernandeşin ötürməsini qola çevirib. O, bunula matçda ikinci qolu öz hesabına yazıb. Rəqbi qapılarına bu cür yol tapma "Qızıl top"un beşqat sahibi üçün 104-cü fərqlənmə olub.

Bununla da Ronaldunun İran yığmasının keçmiş hücumçusu Əli Daei tərəfindən əldə olunmuş dünya rekorduna çatmasına beş qol qalıb.
 
Ronaldo Portuqaliya yığmasının son 42 matçında 43 dəfə fərqlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR