Ronaldo

Ronaldo "Yuventus"un tarixinə düşdü

Kriştianu Ronaldo "Yuventus" klubunun tarixinə düşüb.

Sport7.az xəbər verir ki, 36 yaşlı hücumçu buna A Seriyasının XXXVI turunda "Sassuolo"nu 3:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub. Matçda ikinci qola imza atan təcrübəli oyunçu Turin təmsilçisinin heyətində 100-cü dəfə fərqlənib. Ronaldo "Yuventus"da bu uğuru 3 mövsüm ərzində gerçəkləşdirə bilən yeganə futbolçudur.

"Qoca sinyora"nın oyunçuları əvvəllər 100-cü qola ən azı 4 mövsümdə çata bilib.

Forvard həmçinin 3 fərqli komandada 100 qol vuran ilk futbolçu kimi də tarixə düşüb. O, daha əvvəl İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Yunayted" klubunda eyni uğuru təkrarlayıb.

Portuqaliyalı ulduz cari mövsüm bütün turnirlərdə 35 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Forvard Turin klubuna 2018-ci ilin iyulunda "Real"dan 117 milyon avroya keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR