Ronaldonun qolunu sayamayan hakimə “qara xəbər”

Ronaldonun qolunu sayamayan hakimə “qara xəbər”

2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə oyunları çərçivəsində oynanılan Serbiya – Portuqaliya qarşılaşmasında yaşananlar hələ də diqqət mərkəzindədi.

Sport7.az xəbər verir ki, oyunun son dəqiqələrində Kriştiano Ronaldo serblərin qapısına qol vursa da, yan xətt hakimi topun cizgini keçmədiyini bildirmişdi.
Hakimlərin 90+3-cü dəqiqədə vurulan qolu saymamasından sonra görüş 2:2 hesabıyla bitmiş, Ronaldo isə final fiti səslənmədən meydanı tərk etmişdi.

Hollandiya mətbuatı bu oyundakı səhvin yan xətt hakimi Mario Diksə baha başa gəldiyini yazıb. Belə ki, Mario Diks baş hakim Danni Makkelyenin Avro-2020-yə yollanan briqadasındakı yerini itirib. Bu barədə Danni özü Diksə məlumat verib.

Mario Diks bu məlumatı təsdiqləyib: "Çempionata qısa zaman qalarkən belə bir hadisə mənim üçün böyük xəyal qırıqlığı oldu. Martın 31-də Danni Makkelye özü qərarını mənə bildirdi. Aramızdakı güvən sarsılıb və başqa bir laysmanla işləmək barədə qərar verib”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR