"Rubin" və "Dinamo"ya qadağa

Rusiya Futbol İttifaqı Kazanın "Rubin" və Moskvanın "Dinamo" klublarına dekabrın 16-dan etibarən yeni futbolçu qeydiyyatdan keçirməyi qadağan edib. 

Sport7.az
xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Bu barədə qərar klubların lisenziyalaşdırma iclasında qəbul edilib. İclasda ölkə çempionatının və aşağı divizionun ikinci mərhələsinin maliyyə prosedurunun nəzarətinə baxılıb. 

Mətbuat xidmətindən verilən məlumatda qadağa qoyulan klublar sırasında "Rubin" və "Dinamo"dan əlavə aşağıdakı klublar da var:

"Krılya Sovetov"(Samara), "Tom"(Tomsk), "Amkar "(Perm ), "Rubin" (Kazan), "Tosno" (Tosno), "Dinamo" (Moskva), "Sokol" (Saratov), ​​"Luç-Enerqiya" (Vladivostok), "SKA-Xabarovsk", "Sibir" (Novosibirsk ), "Kuban" (Krasnodar), "Mordovia" (Saransk), "Şinnik" (Yaroslavl), "Baltika" (Kalininqrad).

Sport7.az




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR