Rus klubları Türkiyədən imtina edəcəkmi?

Rus klubları Türkiyədən imtina edəcəkmi?

Ötən gün Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova silahlı hücum olub. 

Sport7.az xəbər verir ki, Rusiya mətbuatı Türkiyədə son zamanlar baş verən terror aktlarına görə klubların bu ölkədə planlaşdırdığı təlim məşq toplanışı təxirə salıb salmadıqları ilə bağlı araşdırma aparıb.

Rusiyanın "Arsenal" klubu qışda Türkiyədə keçirəcəyi təlim məşq toplanışı planını təxirə salmağı düşünmür. Bu barədə klubunun prezidenti Quram Acoyev məlumat yayıb. 

Klub rəsmisi "Biz Türkiyədə 3 toplanış planlaşdırmışdıq və hələ də planımızda qalıb. İlk toplanış 12 yanvarda olacaq. 2 həftəlik təlim məşq toplanışı Belekdə olacaq. Bizim planı dəyişməklə bağlı fikrimiz yoxdu. Ümid edirəm orada da hər şey qaydasında olacaq", deyə cavab verib. 

"Arsenal"ın futbolçularıın istirahəti 8 yanvarda yekunlaşacaq, ayın 10-da isə tibbi yoxlanışdan keçəcəklər. 

"Ufa" klubunun baş meneceri Şamil Qazizov Türkiyəyə gedib getməyəcəkləri ilə qərarın növbəti həftə veriləcəyini bildirib. 

Fevralda Avropa Liqasının 1/16 final mərhələsində "Fənərbaxça" ilə qarşılaşma üçün Türkiyəyə yollanacaq Rusiya komandası "Krasnodar"ın rəsmisi Vladimir Xaşiq bu haqda şərh verməkdən imtina edib. 

Qeyd edək ki, dövrələrarası fasilədə Türkiyədə təlim-məşq toplanışı keçirəcək klublar sırasında "Zenit", "Terek", "Amkar", "Rostov", "Anji", "Krilya Sovetov" və "Orenburq" da var. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR