Rusiya millisi baş məşqçisiz qaldı

Rusiya millisi baş məşqçisiz qaldı

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov postundan istefaya göndərilib.
 
Sport7.az xəbər verir ki, Rusiya Futbol İttifaqı (RFS) və baş məşqçi qarşılıqlı razılığı əsasında belə qərar qəbul edilib. Tezliklə RFS komandanı DÇ-2022-nin seçmə oyunlarına hazırlayacaq baş məşqçi axtarışlarına start verməlidir.

Rusiya millisi AVRO-2020-nin B qrupunda 3 xalla 4-cü yeri tutub və 1/8 finala yüksələ bilməyib. Qonşu ölkə yığması Finlandiyanı 1:0 hesabı ilə yensə də, Belçikaya 0:3, Danimarkaya isə 1:4 hesabı ilə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR