"Sabah"ın futbolçuları üçün tarixi tur

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində baş tutmuş "Keşlə” – "Sabah” oyunu (0:0) qonaqların qapıçısı Nicat Mehbalıyev və hücumçusu Camal Cəfərov üçün əlamətdar olub.
 
Sport7.az xəbər verir ki, hər iki futbolçu Premyer Liqada ilk oyunlarını keçiriblər. Nicat oyuna start heyətində başlayıb. 20 yaşlı qolkiper Premyer Liqada ilk matçında qapısını toxunulmaz saxlayıb.

Camal isə qarşılaşmanın 84-cü dəqiqəsində meydana daxil olub. 19 yaşlı hücumçu Tiemoko Fofananı əvəzləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR