Sabiq məşqçisi Ramosu komandasına dəvət etdi

Sabiq məşqçisi Ramosu komandasına dəvət etdi

"Real”dan ayrılan Serxio Ramosun karyerasını harada davam etdirəcəyi hələ də məlum deyil.

Sport7.az xəbər verir ki, PSJ və "Yuventus”dan təklif alan 35 yaşlı ulduz futbolçunu daha bir klub heyətində görmək istəyir. "Roma”nın yeni baş məşqçisi Joze Mourinyo vaxtilə "Real”da rəhbərliyi altında çıxış edən mərkəz müdafiəçisini yenidən sərəncamında görməkdə maraqlıdır. Portuqaliyalı mütəxəssis bunun üçün İspaniya millisinin kapitanı ilə söhbət edib, onu yanına çağırıb. Paytaxt təmsilçisi ona illik 7,5 milyon avro maaş verməyə hazırdır.

Ramos 2005-ci ildən şərəfini qoruduğu "Real”dan bu yay vidalaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR