"Sadə top itkilərinə yol verdik" - Sənan Qurbanov

"Çempionat sona çatdıqca futbolçuların gücü tükənir. Rəqib "Qarabağ" idi. Onlara qarşı səhvsiz oynamaq lazım idi".

Sport7.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXVII tur oyunundan sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis bildirib ki, komandasının oyunu onu üzdü: "Sadə top itkilərinə yol verdik. Bu, plana daxil deyildi. Sərgilədiyimiz oyun məni məyus etdi. Rəqib layiqli qələbə qazandı. İstənilən halda komanda son iki oyuna hazır olmalıdır. Kubokda final, çempionatda "Qəbələ" ilə oyunumuz var". (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR