Şahmatçımız 20 iştirakçı arasında 12-ci oldu

Şahmatçımız 20 iştirakçı arasında 12-ci oldu

20 gənc şahmat ulduzunun iştirakı etdiyi "Julius Baer Challengers" şahmat seriyasının ikinci turniri başa çatdı.
 
Sport7.az xəbər verir ki, "Gelfand Challenge" adlı onlayn rapid turnirində ölkəmizi təmsil edən Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə yarışa inamlı başlasa da, üçüncü oyun günündə uğursuz çıxışı sayəsində turnir cədvəlinin yuxarı pillələrində yer ala bilmədi və yekinda Məmmədzadə 8.5 xalla 12-ci pillənin sahibi oldu. Yarışın qalibi isə gənc hindistanlı istedad Qukeş oldu.         

Qukeş qazandığı bu qələbə sayəsində Maqnus Karlsenin təşkil etdiyi və ümumi mükafat fondu 1 500 000 dollar olan "Meltwater Champions" şahmat seriyasının növbəti turnirində iştirak etmək hüququnu qazandı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR