Saleh Məmmədovun işini adaşı dəyərləndirdi - Federasiyada yeni (Azəravto)YOL

Saleh Məmmədovun işini adaşı dəyərləndirdi - Federasiyada yeni (Azəravto)YOL

Məlum olduğu kimi, ötən ay Azərbaycan Həndbol Federasiyasında prezident dəyişikliyi baş tutdu. Ölkəmizdən çox, adı Böyük Britaniyada olmaqla hallanan sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevi "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov əvəzlədi.

Sport7.Az
xəbər verir ki, artıq bu təyinatdan 1 aydan çox vaxt keçib. Bəs, görəsən, mayda Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarında ölkəmizi təmsil edəcək kişi həndbolundakı acınacaqlı durum bu müddətdə düzəlibmi?

Bunun üçün Azərbaycan millisinin üzvü, Gürcüstanın "İmedi Telavi" klubunun üzvü Saleh Vəliyevlə danışdıq: "Federasiyada prezident postunda dəyişiklik olandan kişi həndbolunda vəziyyət nisbətən düzəlib. Əvvəl uşaqlar maksumum 130 manat maaş alırdısa, indi bunun 2 qatını alırlar. Açığı, mən milli ilə son vaxtlar məşq etməmişəm. Çünki komandamın Gürcüstanda oyunları vardı. Hazırda III pillədəyik və liderdən cəmi 2 xal geridəyik. 

Tezliklə mən də yığmaya qoşulub uşaqlarla birgə İslamiadaya hazırlaşacağam. Ancaq bildiyimə görə, yanvarda milli üzvlərinin maaşı dəqiq bilinəcək. Üstəlik, yığmanın beynəlxalq turnirlərdə də iştirakı nəzərdə tutulub. Martda Rusiyanın Astraxan şəhərinə, apreldə isə Ukraynanın Zaporojye şəhərinə gedəcəyik. Orda ya yığma, ya da yerli klublarla qarşılaşacağıq. Üstəlik, Azərbaycan çempionatı da keçiriləcək. Böyük ehtimalla, fevralda başlayacaq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR