Samir Abasov:

Samir Abasov: "Bunlar başağrısı olacaq komandalardır"

"Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərimiz son illərin yaxşı komandalarıdır".

Sport7.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov klubun rəsmi televizisiyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis Yunanıstanın "Olimpiakos" və Xorvatiyanın "Dinamo" (Zaqreb) klublarının son illərdə möhtəşəm çıxış etdiyini bildirib: "Bolqarıstanın "Lüdoqorest" və Serbiyanın "Srvena Zvezda" klublarını da qeyd etmək istəyirəm. Həqiqən bunlar başağrısı olacaq və möhtəşəm komandalardır".

Abasov istənilən rəqibə qarşı oynayacaqlarını sözlərinə əlavə edib: "İnanıram ki, bundan da yaxşı oyun sərgiləyəcəyik. İnamımız həddindən artıq çoxdur. Bəlkə də çempionluğa görə eyforiyadayıq. Amma Çempionlar Liqasına hazırlaşmaq üçün vaxtımız var. Siyahıdakı adlar bizi narahat etmir. İki oyun üçün əlimizdən gələn hər şeyi edəcəyik".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR