Samir Abasov iki legioneri “Neftçi”dən uzaqlaşdırır

Samir Abasov iki legioneri “Neftçi”dən uzaqlaşdırır

"Qarabağ”la çempionluq mübarizəsi aparan "Neftçi”dən tezliklə azı iki legioner yola salınacaq.

Sport7.az xəbər verir ki, mövsümün bitməsiylə iki əcnəbi futbolçu "ağ-qaralar”dan ayrılacaq. Samir Abasovun bəyənmədiyi futbolçular braziliyalı mərkəz müdafiəçisi Rener Alves de Souza və albaniyalı yarımmüdafiəçi Bruno Teluşidir.

Hər iki legioner əsas heyətdə özünə yer tapa bilmir. Bu faktın özü "Neftçi”nin legioner seçiminin və transfer siyasətinin hansı vəziyyətdə olduğunun göstəricisidir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR