Samir Abasovun mətbuat konfransının vaxtı açıqlandı

Samir Abasovun mətbuat konfransının vaxtı açıqlandı

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına "Dinamo Arena” stadionunda keçiriləcək "Dinamo” (Tbilisi) – "Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İyulun 6-sı Bakı vaxtı ilə saat 19:30-dan etibarən Boris Payçadze adına "Dinamo Arena”nın mətbuat zalında keçiriləcək tədbir "Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
 
Konfransdan sonra, saat 20:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.Eyni məkanda həmin gün saat 18:00-da rəqib komandanın mətbuat konfransı, 18:30-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR