Şəhriyar bu dəfə erməniyə bata bilmədi

Şəhriyar bu dəfə erməniyə bata bilmədi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun "New In Chess” adlı 5-ci mərhələsində həlledici raundun ilk görüşləri baş tutub.
 
Sport7.az xəbər verir ki, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) üz-üzə gəlib.
 
Şahmatçımız ilk oyun günündə bu rəqibi ilə heç-heçə razılaşıb - 2:2.  Qalib mayın 2-də keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.
 
Çempionluq oyununda isə Karlsenlə Nakamura münasibətlərinə aydınlıq gətirib. Dörd görüşün yekununa əsasən norveçli zəka sahibi 3:1 hesablı zəfərə imza atıb.
 
Final
 
Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 3:1 (0,5:0,5; 0,5:0,5; 1:0; 1:0)
 
3-cü yer uğrunda görüş
 
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 2:2 (0:1; 1:0; 0:1; 1:0)
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR