"Seltik"in yeni baş məşqçisi müəyyənləşdi

"Seltik"in yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, Neil Lennonun istefasından sonra boş qalmış bu vəzifəyə Anqe Postekoqlu təyin olunub. 55 yaşlı yunan mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Şotlandiya klubu ardıcıl 9 dəfə ölkə çempionu olduqdan sonra ötən mövsüm liqanı 2-ci pillədə tamamlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR