Sərgən Yalçının

Sərgən Yalçının "Beşiktaş"dakı taleyinə aydınlıq gəldi

Türkiyə Superliqasının son çempionu "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçının komandadakı gələcəyinə aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, klubun prezidenti Ahmet Nur Çebi ilə görüşən 49 yaşlı mütəxəssis İstanbul təmsilçisi ilə yeni müqavilə şərtlərində anlaşıb. Bu haqda "TRT Spor" məlumat yayıb. Sözləşmənin müddəti və digər detalları yaxın vaxtlarda açıqlanacaq.
 
"Beşiktaş" 2020/2021 mövsümündə Sergen Yalçının rəhbərliyi ilə Superliqa ilə yanaşı ölkə kubokunu da qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR