Şevçenkonun italyanca kitabı satışa çıxarılacaq

Şevçenkonun italyanca kitabı satışa çıxarılacaq

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko tezliklə öz kitabını buraxacaq.

Sport7.az xəbər verir ki, əfsanəvi hücumçunun avtobioqrafiyası italyan dilində nəşr olunacaq.

304 səhifədən ibarət kitab "Forza gentile. La mia vita, il mio calcio"du ("Zərif güc. Mənim həyatım, mənim futbolum") adlanır. Üz qabığı artıq İtaliyanın "Baldini + Castoldi" nəşriyyatının rəsmi saytında yer alıb.

Aprelin 29-da satışa çıxarılacağı gözlənilən kitabın təxmini qiyməti 18 avro olacaq.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR