Sonunda üsyan etdi

Sonunda üsyan etdi

İtalyanın uzun müddətdir danışdığı zədə ilə əlaqədar, ilk dəfə birinci ağızdan şərh gəldi. Sport7.Az xəbər verir ki, "Yuventus"un təcrübəli cinah oyunçusu Simyone Pepe, özü haqqında edilən tənqidlərə və haqqındakı fərziyyələrə sonunda üsyan etdi, paylaşdığı fotoşəkillərlə vəziyyətini göz qabağına qoydu.

Simone Pepe ayağının vəziyyətini, zədəsi ilə əlaqəli yaşadığı üç müxtəlif dövrdəki fotoşəkillərlə göstərərək, "Bir çox yalan səhv şey yazıldı. Barəmdə pis şeylər deyildi. Bu günə qədər danışmadım. Amma indi baxın və görün ... Məhz ayağım bu vəziyyətdə idi. Yeni yeni özümə gəlirəm. Artıq yaxşılaşmağa başladım və yaxında meydana çıxacağımı düşünürəm "deyə bildirib.

"Yuventus"un son olaraq bu həftə sonu Parma ilə oynadığı qarşılaşmada heyətə alınan, ancaq oyuna girmədən ehtiyyat oyunçular skamyasına oturan Simyone Pepe, "Bu matçda mənim yanımda olan və mənə dəstəklərini əsirgəmiyən meydançadakı azarkeşlərimizə təşəkkür edirəm" ifadələrindən istifadə etdi.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR