"Ştutqart"ın futbolçusu "lipa" olduğunu etiraf etdi

"Ştutqart"ın futbolçusu Silas Vamangituka özünün əsl ad və yaşını açıqlayıb.

Sport7.az xəbər verir ki, bunu Konqo Demokratik Respublikasından olan hücumçu klubun rəsmi saytına müsahibəsində etiraf edib. O, yaşının 21 yox, 22, əsl adının isə Silla Katompa Mvumpa olduğunu və şəxsiyyəti barədə məlumatları agentinin dəyişdirdiyini söyləyib: "Bir neçə il əvvəl agentim mənim Parisdə onunla birgə yaşamağıma razılıq verdi. Əvəzində adımı və doğum tariximi dəyişdirdi. Son bir neçə ildə daim qorxu içində yaşamışam. Vətənimdəki ailəmdən də narahat idim. Bu həqiqəti açıqlamaq özüm üçün çətin addım oldu".

Hazırda "Ştutqart" məsələ ilə əlaqədar Almaniya Futbol Liqası və Almaniya Futbol İttifaqı ilə təmaslardadır.

Silas Vamangituka "Ştutqart"a 2019-cu ildə "Paris" klubundan keçib. O, ötən mövsüm 13 qolla, komandanın bombardiri olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR