"Sumqayıt" Ayxan Abbasovla bağlı qərarını verdi

"Sumqayıt" Ayxan Abbasovla yeni müqavilə imzalayıb.
 
Sport7.az xəbər verir ki, 39 yaşlı çalışdırıcı növbəti mövsümdə də komandanın sükanı arxasında olacaq.

Abbasovun rəhbərliyi altında 80 oyun keçirən "Sumqayıt” həmin qarşılaşmalarda 26 qələbə, 22 heç-heçə və 32 məğlubiyyət əldə edib. Komandanın qazandığı tarixi uğurlarda Ayxan Abbasovun da böyük payı var. "Sumqayıt” Abbasovun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), 2 dəfə Azərbaycan Kubokunun finalında iştirak edib, 2 dəfə isə avrokuboklara vəsiqə qazanıb.
 
Abbasov 2018-ci ilin noyabrından "Sumqayıt”ın baş məşqçisidi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR