"Sumqayıt" bu futbolçu ilə də yeni müqavilə bağladı

"Sumqayıt” Vurğun Hüseynovun ardınca daha bir futbolçu ilə müqavilə yeniləyib.
 
Sport7.az xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayev daha 2 il komandanın uğurları üçün çalışacaq.
 
2018-ci ildən "Sumqayıt"ın şərəfini qoruyan futbolçu ümumilikdə 32 oyunda (2293 dəqiqə) meydana çıxıb. O, 4 dəfə rəqib qapılarına yol tapmağa da müvəffəq olub.
 
23 yaşlı yarımmüdafiəçi həmçinin Azərbaycanın U-19, U-21 və "A” milli komandalarında da çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR