"Sumqayıt" kapitanla müqaviləsini yenilədi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” FK ilk olaraq kapitanla müqaviləni yeniləyib.
 
Sport7.az xəbər verir ki, Vurğun Hüseynov növbəti mövsümdə də "Gənclik şəhəri" təmsilçisində çıxış edəcək.

Hüseynov "Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə "Xəzər Lənkəran”la oyunda komandamızda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Vurğun həmçinin Azərbaycanın U-21 və "A” millilərində də çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR