"Sumqayıt" poçt şirkəti ilə müqavilə imzaladı

"Sumqayıt”la Azeri Express arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Sport7.az xəbər verir ki, imzalanmış müqavilə bir il müddətinə qüvvədə olacaq. 

Sürətli poçt sahəsində 20 ildən artıq təcrübəyə malik və dünyanın ən böyük kuryer şirkəti olan FedEx-in Azərbaycanda rəsmi nümayəndəliyi olan Azeri Express rəsmi şəkildə 1997-ci ildə təsis olunub. Bütün ölkəni əhatə edən daxili çatdırılma xidməti olan Azeri Express 1998-ci ildən TNT, 2018-ci ildən isə FedEx şirkətinin ölkəmizdəki təmsilçisidir.

Ölkəmizin bir çox nüfuzlu şirkətləri ilə əməkdaşlıq edən Azeri Express anbarlama, gömrükləmə və s. kimi hər növ logistika xidmətlərini özündə cəmləşdirir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR