"Sumqayıt" toplanışın ikinci mərhələsini bu ölkədə keçəcək

2021/22 mövsümü üçün hazırlığını davam etdirən "Sumqayıt” FK iyunun 17-dən etibarən Sumqayıt şəhərində məşqlərə start verib.
 
Sport7.az xəbər verir ki, hazırlıq dönəminin birinci mərhələsi iyunun 30-dək davam edəcək. Ayxan Abbasovun yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyunun 30-da, saat 18:30-da "Azərsun Arena”da "Qarabağ”la qarşılaşacaq.

"Sumqayıt” hazırlıq prosesinin ikinci mərhələsini isə Türkiyənin Ankara şəhərində keçirəcək. İyulun 2-dən 16-dək Qızılcahamam bölgəsində yerləşən "Çam Hotel”də məskunlaşacaq komanda bu müddət ərzində 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların zamanı barədə klubun rəsmi media hesabları vasitəsilə məlumat veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR