"Sumqayıt" yeni "1 nömrə" transfer etdi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.
 
Sport7.az xəbər verir ki, klub son mövsümü "Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb. Tərlan "Sumqayıt” FK-da "1” nömrəli formanı geyinəcək.

2012-2017-ci illər arasında da komandamızda çıxış etmiş Tərlan Əhmədli bu dönəmdə ümumilikdə 11 oyun keçirib. Qapıçı son klubu "Qəbələ” ilə yanaşı (14 oyun) "Rəvan”, "Xəzər Bakı” və "Sabah” klublarının da uğurları üçün çalışıb. Tərlan Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb.
 
Klub buna qədər Yusif Nəbiyev və Xəzər Mahmudovu da transfer edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR