Sumqayıtın

Sumqayıtın "ASAN xidmət"inin komandası çempion oldu

"ASAN xidmət"in qadın əməkdaşları arasında voleybol turniri təşkil olunub.

Sport7.az xəbər verir ki, turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyası və Su İdman Sarayının dəstəyi ilə gerçəkləşib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil Cəfərov və digər qonaqlar iştirak ediblər.
 
10 komandanın iştirak etdiyi turnirdə 1-ci yeri Sumqayıt "ASAN xidmət"in,  2-ci yeri Bərdə "ASAN xidmət"in, 3-cü yeri isə Dövlət Agentliyinin komandası tutub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR