"Sumqayıt"ın bu mövsümkü qol statistikası

2011/12 mövsümündən etibarən Premyer Liqada çıxış edən "Sumqayıt” başa çatmış 2020/21 mövsümündə tarixində ilk dəfə bu yarışın mükafatçıları arasında yer alıb.
 
Sport7.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri 28 oyunda 10 qələbə, 9 heç-heçə və 9 məğlubiyyətə imza atıb. Bu qarşılaşmalarda 30 dəfə rəqib qapısına yol tapan komanda 31 top buraxıb. Komandanın bu mövsüm ən çox qol vuran üzvü Əli Qurbanidi. Hücumçu mövsüm boyu meydanda olduğu 19 matçda 9 qola imza atıb.

"Sumqayıt” FK-nın 2020/21 mövsümündəki qollarına imza atan futbolçuların statistikasını diqqətinizə çatdırırıq:
 
1. Əli Qurbani – 9 qol (19 oyun, 1455 dəqiqə)
2. Rəhim Sadıxov – 8 qol (27 oyun, 2249 dəqiqə)
3. Murad Xaçayev – 3 qol (23 oyun, 1810 dəqiqə)
4. Tellur Mütəllimov – 3 qol (25 oyun, 2158 dəqiqə)
5. Cəmaləddin Xocaniyaznov – 3 qol (23 oyun, 1924 dəqiqə)
6. Xəyal Nəcəfov – 1 qol (26 oyun, 1885 dəqiqə)
7. Süleyman Əhmədov – 1 qol (17 oyun, 1261 dəqiqə)
8. Səbuhi Abdullazadə – 1 qol (13 oyun, 633 dəqiqə)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR