Super Liqa ideyası iflasa uğradı

Super Liqa ideyası iflasa uğradı

Avropa Super Liqası layihəsi ləğv olunub.

Sport7.az xəbər verir ki, bu barədə "Anfield Talk" məlumat yayıb. Top-klublar arasında yeni yarışın keçirilmə ideyası baş tutmayıb.

Daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Yunayted", "Liverpul" və "Arsenal" klublarının bu turniri tərk etmək üçün sənədlər hazırladıqlarına dair xəbərlər yayılıb. Sonradan İspaniyanın "Atletiko" və "Barselona" komandalarının da Superliqa iştirakçılarından ayrıldığı bildirilib.

Avropa Super Liqası özündə qitənin 20 ən yaxşı klubundan ibarət vahid liqanın yaradılmasını nəzərdə tutur. Superliqada iştiraklarını 12 klub təsdiqləyib. Eyni postu İspaniya "Real"ında tutan Florentino Peres Superliqanın prezidenti seçilib.
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR