Superliqa klubunda 5 illik müqavilə

Superliqa klubunda 5 illik müqavilə

"Antalyaspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Sport7.az xəbər verir ki, Super Liqa təmsilçisi Türkiyənin gənclərdən ibarət yığmasının üzvü olan Erkan Eyibili transfer edib. 19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Almaniyada dünyaya göz açan Erkan, "Maynts"ın yetirməsidir. O, geridə qalan mövsümü icarə əsasında Niderland klubu "Qo Ahid İqls"da keçirib. Almaniyanın U-15, U-16, U-17, U-18 və U-19 komandalarında da forma geyinmiş Eyibil, 2020-ci ildən Türkiyənin gənclərdən ibarət yığmasında çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR