Təbriz klubu Çempionlar Liqasında büdrədi

Təbriz klubu Çempionlar Liqasında büdrədi

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu bu dəfə İraqı təmsil edən "Əl-Kuvə” ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb.

Xatırladaq ki, "traktorçular” bundan əvvəlki iki matçında da heç-heçə oynamışdı. Ardıcıl üç heç-heçədən sonra "Traktor” 3 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərcə” klubu isə 7 xalla liderdir.

"Traktor” növbəti matçını aprelin 23-də "Əl-Kuvə”yə qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR