"Ötən mövsüm onların yoxluğunu hiss etdik" - "Qarabağ"ın futbolçusu

"Qarabağ"ın futbolçusu Xayme Romero klubun saytına açıqlama verib.
 
Sport7.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Avstriya toplanışından danışıb və azarkeşlərlə verilən qərara sevindiyini deyib: "Hazırlığımız tam istədiyimiz kimi gedir. Bütün futbolçular motivasiyalıdır və hər kəs böyük həvəslə çalışır. Hamı tez bir zamanda pik formaya çatmaq istəyir. Çox həvəsliyik və rəsmi oyunların başlamasını səbirsizliklə gözləyirik. Sevindirici haldır ki, avrokubok oyunlarımıza azarkeşlər də gələcək. Ötən mövsüm onların yoxluğunu hiss etdik. Futbolu azarkeşlər üçün oynayırıq. 50 faizə qədər azarkeşin tribunalara buraxılması müsbət haldır. Bu, bizi daha da həvəslindirəcək. Bu xəbərə çox sevindim. İnanıram ki, qələbələrimizlə azarleşlərimizi sevindirəcəyik. Onların dəstəyinə ehtiyacımız var".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR