Tərlan Əhmədovun İtaliya düşüncələri

Tərlan Əhmədovun İtaliya düşüncələri

Azərbaycan millisi AÇ 2016-nın seçmə mərhələsi çərçivəsində 2 gün sonra güclü İtaliya millisi ilə qarşılaşacaq. Bunadək yığmamız "Skuadra Adzurra" ilə 3 dəfə üz-üzə gəlsə də, bütün oyunlarda meydanı məğlub tərk edib. 

Tərəflər ilk dəfə 2002-ci ildə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən görüşdə qarşılaşıb. Yığmamız doğma azarkeşləri önündə rəqibinə 0:2 hesabı ilə uduzub. Cavab görüşündə də İtaliya millisi 4:0 hesabı ilə seçməmizi üstələmişdi. Hazırda AZA-ın baş məşqçisi kimi çalışan Tərlan Əhmədov da həmin qarşılaşmaların canlı iştirakçısı olub. Buna görə Əhmədovun oktyabrın 10-da baş tutacaq qarşılaşma ilə bağlı düşüncələrini öyrənməyə bilməzdik.

Sport7.az saytına danışan millimizin sabiq kapitanı yaxşı nəticəyə ümid edir:

"Yaxşı oyun olacağını düşünürəm. 2002-ci ildə Bakıda keçirilən oyunda 0:2 hesabı ilə uduzsaq da, komandamız yaxşı oyun nümayiş etdirmişdi. Həmin oyunun üzərindən artıq 15 il keçib. Hər kəs yaxşı nəticə əldə edəcəyimizi gözləyir. Xorvatiya millisindən xal ala bilmişiksə, İtaliya ilə oyunda bunu niyə bacarmayaq? 4 oyundu məğlub olmuruqsa, komandamız bu qarşılaşmadan da üzüağ çıxar. O vaxt səhvlər nəticəsində məğlub olmuşduq. Bilirsiz ki, həmin ərəfədə daxili çempionatda da durğunluq var idi. Çempionatda dayanmalar oldu, alternativ yarış yarandı, futbolçuların əksəriyyəti Ukraynaya üz tutdu və s. Buna baxmayaraq, gözəl oyun nümayiş etdirmişdik. İnanırıq ki, bu dəfə də millimiz gözəl oyunu ilə xalqımızı sevindirəcək".

Qeyd edək ki, Azərbaycan - İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya stadionunda baş tutacaq. Qarşılaşma saat 21:00-da start götürəcək. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR