Tokio-2020-də badmintonçumuzun rəqibləri müəyyənləşdi

Tokio-2020-də badmintonçumuzun rəqibləri müəyyənləşdi

Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Tokio-2020 Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib.

Sport7.az xəbər verir ki, idmançımız L qrupunda mübarizə aparacaq. Onun rəqibləri Danimarka təmsilçisi Anders Antonsen və Vyetnam badmintonçusu Tien Minh Nguyen olacaq. Qaydalara əsasən 14 qrupda ilk yerin sahibləri və ən yaxşı 2 qrup ikinci pley-offa vəsiqə qazanacaq.

Badminton yarışları 24 iyul-2 avqust tarixlərində keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR