Tokio-2020: Olimpiya çempionumuz lisenziyasız qaldı

Tokio-2020: Olimpiya çempionumuz lisenziyasız qaldı

Azərbaycan taekvondoçusu Radik isayev Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarna lisenziya xarakteli Avropa Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

Sport7.az xəbər verir ki, 80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionunun final yolundakı rəqibi Deyan Georgiyevski (Makedoniya) olub.

Rəqibinə 6:13 hesabı ilə uduzan İsayev Tokio olimpiadasına lisenziya qazana bilməyib.

16:10

Azərbaycanın daha bir taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarna lisenziya xarakteli Avropa Təsnifat Turnirində mübarizəyə başlayıb.

80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu Radik İsayev dayanq üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan 32 yaşlı idmançı serbiyalı Miloş Qoluboviçla qarşılaşıb. Rəqibinə 20:10 hesabı ilə qalib gələn İsayev yarımfinala vəsiqə qazanıb.

Titullu taekvondoçunun final yolunda rəqibi Deyan Georgiyevski (Makedoniya) olacaq.
 
Sport7.az 

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR