Tokio-2020-yə 20-ci lisenziya

Tokio-2020-yə 20-ci lisenziya

Milli Paralimpiya komandasının idmançısı Tokio 2020 Yay Paralimpiya Oyunlarına 20-ci lisenziyanı qazanıb.
 
Sport7.az xəbər verir ki, BƏƏ-nin Dubay şəhərində keçirilən Dünya kubokunda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerlifting idman növü üzrə milli komandasının üzvü, +107 kq çəki dərəcəsində iştirak edən Şamo Aslanov 223 kq nəticə göstərərək yarışın gümüş medalına sahib oldu. Dubayda keçirilən Dünya kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş Şamo Aslanov Tokio 2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.

Bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 20 lisenziya əldə ediblər. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR