Tokio-2020-yə daha bir lisenziya

Tokio-2020-yə daha bir lisenziya

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

Sport7.az xəbər verir ki, pauerliftinqçi Nurlan Babacanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək nüfuzlu yarışa lisenziya qazanıb.

Bu, Azərbaycan paralimpiyaçılarının Tokio olimpiadasına ümumilikdə 32-ci lisenziyası olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR