"TOKİO-2020"də keçiriləcək futbol yarışlarının püşkü atıldı

Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında futbol yarışlarının püşkü atılıb.

Sport7.az xəbər verir ki, kişilərin mübarizəsində turnirin iddialı komandalarından İspaniya Argentina ilə birlikdə C qrupuna düşüb.

Almaniya və Braziliya seçmələri isə D qrupunda qərarlaşıb.

Kişilər

A qrupu: Yaponiya, Cənubi Afrika Respublikası, Meksika, Fransa
B qrupu: Yeni Zelandiya, Cənubi Koreya, Honduras, Rumıniya
C qrupu: Misir, İspaniya, Argentina, Avstraliya
D qrupu: Braziliya, Almaniya, Kot d İvuar, Səudiyyə Ərəbistanı
 
Qadınlar

E qrupu: Yaponiya, Kanada, Böyük Britaniya, Çili
F qrupu: Çin, Braziliya, Zambiya, Niderland
G qrupu: İsveç, ABŞ, Avstraliya, Yeni Zelandiya
 
Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR